Azərbaycanda rayonlara səfər edən sərnişinlər hər iki istiqamət üzrə elektron bilet ala biləcəklər
Azərbaycan vətəndaşlarına "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, indiyədək portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi. Yeni funksiya istifadəçilərə səfərlərini daha rahat planlaşdırmaq və bilet alışını daha sürətli həyata keçirmək imkanı yaradır.
Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün öncədən əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı yaradılıb. Eyni zamanda, portal üzərindən tətbiqə giriş zamanı "myGov ID ilə giriş" funksionallığı təmin edilib. İstifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə ediblər.
Hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 370 reys olmaqla 418 nəqliyyat vasitəsi qoşulub.
Oxşar xəbərlər
Bəzi rayonlara leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Azərbaycan ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 1-i saat 1...