Son altı ayda Azərbaycanda maqnitudası 3-dən yuxarı 52 zəlzələ qeydə alınıb
Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası isə 4 və 4-dən yuxarı, ikisinin isə maqnitudası 5 və 5-dən yuxarı olub.
Həmin dövrdə baş verən təkanlar Xəzər dənizi, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar, Lerikdə qeydə alınıb.
Bundan başqa, son 6 ayda iki sürüşmə hadisəsi də baş verib.
Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır.
Oxşar xəbərlər
Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağ...