SİZİN REKLAM BURADA!
055 213 76 73




 

Ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilov bu günlərdə Müdafiə Nazirliyinin xətti ilə ön cəbhəyə etdikləri səfərin təəsüratlarından yazıb. BAKU.WS zabitin qeydlərinin aktuallığını nəzərə alaraq ixtisarla təqdim edir:


Sizə Qarabağdan SALAM var

 

Hələlik qayıtdıq. Gündəlik həyatda ağrıyan canımızı bu gedişdə müalicə etdik. Bəli bizim müharibə deyib inləyən cismimizin müalicəxanasıdır Torpar ücün MÜHARİBƏ. Bir necə günü 20 yaşlı cavan olaraq səngərləri kecən mən,yenidən mülki həyata qayıdan kimi qocaldım.


Uzun zaman MN və digər orqanlardan giley-güzarlı bizləri, nazirlik geniş sinəsini acaraq bağrına basdı. Sanki bizi yola salan General da danışığının alt sətrində demək istədi "Qazilər, bəli uzun zaman sizi incitdik, fərqli səbəblərə görə. Lakin inanın ki, zamanı gələn kimi Sizi bax bugünkü kimi yenidən bağrımıza basacağdıq. Sizə deməsək də, belə planlarımız mövcud idi".

 

 

Hec xəbərim yox idi bu gedişdən. Rashad Suleymanov lap sovet vaxtı olan kimi, az bir müddətin icində "həyəcan siqnalı" verərək, "səhər gəl gedirik", - dedi. İllərlə gözlədiyim bu səfərə hazırlıqlı olan mən necə də acız qaldım həmən axşam. Gizlətmirəm, kasıblıq binamusluq deyil. Pulum olmadı yeganə catışmayan şeyi almağa. Bu ƏŞYA CANTASI idi. Tərs kimi bu boyda kənddə ağız acdığım hec kim bunu tapa bilmədi, yaxud vermək istəmədi. Göydə Allah var. Ümidimin kəsilən məqamında, hamımızın hec ağlına gəlmədiyi bir insan, Maştağalı Hafiz, yaxınlaşaraq "veteran sənə nəinki sumka, canımızı da verməyə borcluyuq" deyəndə anladım ki, Allahım möcüzələri tükənməyib. Hər dəfə Kərbəla ziyarətinə gedərkən istifadə olunan cantasını gecə saat 3 də gətirib verdi.


Biz gəldik. Uzun zaman bizə həsrət torpaqlara. Gəlişimiz hücum, döyüş deyildi. Gəlişimiz ən əvvəl bu torpaqda unudub getdiyimiz gənclik arzularımıza, gənclik eşqimizə, gənclik istəyimizə bir SALAM vermək idi.


Gizlətmirəm. MN mətbuat xidmətinin icazə verdiyi qədər şəkil, video da cəkdirdik. LAP ELƏ ŞOU xatirinə olsun. MƏNİM CANIMI, QƏLBİMİ, KARYERAMI, BACARIĞIMI xətclədiyim bu torpaqda, ŞOU göstərməyə haqqım var. Bu gün mənim cantaya 15 manat tapa bilmədiyimin də səbəbi ŞOU göstərdiyim bu torpaqdır. Lalətəpdə də yasin, Qarabağ şikəstəsi oxuyan, avtomat götürüb lasini geyinib, baldırlarının birləşən yerində sallanan ətini əsdirənlərdən cox MƏNİM BUNA TAM HAQQIM VAR! Cünki burada, bu taxıl zəmiləri, uca dağlar, bulaqlar, caylar diyarında mən insanın itirə biləcəyi hər şeyimi itirmişəm. Və bu itginin GÖRÜŞÜNƏ GƏLDİM mən.

 

 

Yadımdadı, uşağa cins şalvar söz vermişdim. Ağdama getmək əmr olundu mənə. Getsəydim, maaşımı gələndə alacaqdım. pulum yox idi. Düz Fəhmin Hacıyevin yanına gedib pul istədim. Qəribədi, komandanın da pulu olmadı. Kimdənsə aldı verdi. Sonra: Gəl Bakı İcra Hakimiyyətindən xahiş edim, bir parca yer ayırsın şəhərdə, dədən gedib dükan acsın, kasıb adamlarsız" dedi. Bunu yazıq və fağır insan olan atama deyəndə kişi kövrəldi ki, "a bala xalxın uşağı davada ölən zaman, mən dükan işlədim? Lazım deyil, elə evlərdə rəngsazlıq edib, özümüzü də, səninkiləri də dolandırıram, sən get davaya, amma calış salamat qal, qalmasan da bil, metro qabağında dilənərəm, balanı ehtiyacsız böyüdərəm".



Səfərimizcox səmərəli oldu və inanıram ki davamlı olacaq. Həmıya, zabitindən tutmuş, əsgərinə kimi, köməyimiz dəydi. Mənəvi kömək isə əvəzsiz oldu. Təkcə bir əsgərin yaxınlaşıb: Cənab polkovnik-leytenant, «siz danışdız, ağladım. Vallah sizlərlə ölümə gedərəm», - deməsi artıq bir oyanış, artıq bir dağı silkələyəcək haray idi.


Elmli və ixtisalı zabitlərimizə əhsən. Hər bir əsgər ona təhkim olunmuş silahın bütün TTX-sını əzbər bilir. Lakin biz də təhlükəsizlik texnikasını, ola biləcək nasazlıqları, baş verə biləcək ştatdankənar hadisələri praktik olaraq göstərdik və lazımı məsləhətlər verdik. Böyük qruplaşma qarşısında, generallar qarşısında sübut etdik ki, biz hələ də sıradayıq və biz döyüşə atılacağımız zamanı gözləyirik.

Mürşüdün tək ayaqla PDM də «avtoşluq» eləməsi, hamının gözündə sevinc yaşı qaynatdı. Anladılar ki, biz ora tək şəkil cəkdirmək ücün yox, qoyulan tapşırığın icrası ücün getdik.

 

 

İNDİ ŞƏKLİMİ QOYACAM. Baxın, məgərgözlərimdə mənim də müharibə edib, torpağımızı alıb, düşməni məhf etmək istəyimi görmürsünüzmü? Bu torpaq tək Qarabağlıların yox həm də mənimdir. Pafossuz və sadəcə. Cünki mənim də bu torpaqda qoyub gəldiyim var. Madddi yox mənəvi. Bu QEYRƏTDİR. Və onun dalınca mən yenidən qayıdacam. Hec kimə onu əmanət eləməmişəm.


Sonda mən bütün Qarabağdan Sizə SALAM catdırıram. Bizi sevən, sevməyən, danlayan, lakin qəlbində bizə məhəbbəti olanların hamısına.


Qarabağın zəmiləri, dağları, cayları, bulaqları, rəngbərəng quşları, hətta qanqal kolları da sizə SALMINI göndərdi.


DEDİ SALAMAT GEDİN, LAKİN TEZ QAYIDIN, GÖZLƏYƏNİNİZ VAR!

 

BAKU.WS