"Əl enerjisi" ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI

Əl enerjisi ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI
Video
Sosial 651

Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində "əl enerjisi" ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, özbəkistanəsilli şəxs insanlara əli ilə bio müalicə vəd edirmiş.

Buna inanan onlarla şəxs onun qəbuluna düşmək üçün növbə gözləyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan izdihamın səbəbkarı kimi göstərilən özbəkistanəsilli şəxsin insanları "Bİ Es" adlı klinikada qəbul etdiyi bildirilir.

Adıçəkilən klinikanın vəkili Əsəd Əhmədli isə məsələ ilə bağlı bildirib ki, klinikanın həmin şəxslə hər hansı əlaqəsi yoxdur. Onun sözlərinə görə, sözügedən şəxslə klinika arasında heç bir müqavilə bağlanmayıb.

Vəkil qeyd edib ki, klinikanın fəaliyyət göstərdiyi məkanda rəsmi şəkildə icarədə olan digər şəxslər də fəaliyyət göstərirlər və qəbul da həmin şəxslərdən birinin icarəyə götürdüyü otaqda həyata keçirilib.

Sözügedən özbəkistanəsilli vətəndaşa otağı icarəyə verən şəxs isə məsələ ilə bağlı "Xəzər Xəbər" proqramına açıqlama verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

65 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər