TBMM sədri: "İnsanlıq tarixinin ən dəhşətli qətliamı Xocalıda törədilib"

"İnsanlıq tarixinin ən dəhşətli qətliamlarından biri 29 il öncə Qarabağda - Xocalıda törədilib".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə söyləyib.
"Ürəyimizi dağlayan bu acı hadisəni yad etmək üçün bir araya gəlmişik. Vicdanı olan hər kəsi insanlıqdan utandıran bu vəhşəti şəkillərlə, rəsmlərlə, sözlərlə - hər cür yolu istifadə edərək bu qətliamı görmək istəməyən gözlərə, duymaq istəməyən qulaqlara, hiss etməyən vicdanlara hayqırmağa davam edəcəyik", - sədr bildirib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
