VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Ermənilər BM-21 reaktiv yaylım atəş sistemlərindən atəş açmağa da başlayıblar. Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".
 
BAKU.WS-in məlumatına görə, bunu Report-a Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur.

Qeyd edək ki, sözügedən texnika "Qrad"ın daha inkişaf etdirilmiş versiyasıdır. BM-21 daha çox "Qrad" reaktiv yaylım atəşi sistemi kimi tanınır. NATO ölkələrində bu sistem əvvəllər M1964 kimi tanınırdı. Bir sıra digər ölkələr bu texnikanın təqlid və ya oxşar sistemləri hazırlanıb.
 
BAKU.WS