Tanınmış müğənni Xatirə İslam cəbhə bölgəsində olub.
BAKU.WS məlumat verir ki, bu haqda müğənni Instagram hesabında məlumat verib. Xatirə aprelin 2-si erməi işğalından azad edilən Lələ Təpə yüksəkliyinə qalxıb.
Erməni işağalından azad etdiyimiz torpaqlardan görüntülər də çəkən müğənni ərazidən axan çayda əl-üzünü yuyub.
"Bu çayda əvvəllər ermənilər əl-üzünü yuyurdu, indi isə biz əlimizi yuyuruq. Buraları almışıq Allaha şükür", - deyə Xatirə Qarabağda çəkdiyi kadrlarda deyir.
BAKU.WS