VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var".

BAKU.WS xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert əlavə edib ki, ordu artıq 4 rayon istiqamətində hücum edir: "Əvvəlcə Füzuli və Cəbrayıl istiqamətində, bir də şimaldan görünürdüsə, artıq 4 rayon istiqamətində hücum gedir. İntensivləşmə müsbət dinamika ilə davam edib. Gələcək tapşırıqlarda bu arta bilər.

Bəzən belə fikirlər səslənirdi ki, nə qədər təlim olar, müharibə nə vaxt olacaq? Həmin o təlimlər bu günlər üçün çox vacib idi. Təlimlər heç də düzənlikdə keçirilmirdi. Əsgərlər 100 kilometrlərlə dağlıq ərazilərdə bir rayonun ərazisindən digərinə keçidlər edirdi. Biz onları görmürdük, çox çətin ərazilərdə təlimlər keçirilirdi. Bu günlər üçün həmin təlimlər baş tuturdu.

Düşmənin real imkanları, əlində olan silahlar, yaratdığı mühəndis qurğularının xüsusiyyətləri nəzərə alınaraq əldə edilən silahlar, onların tətbiqi, əsgərlərin bu maneələri necə aşması - bunlar təlimlərdə tökülən tərin nəticəsidir". 

Orxan Hüseyn
BAKU.WS