SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan hərbçiləri Azərbaycan Ordusunun əks hücumları və işğal altında olan torpaqların azad edilməsi istiqamətində apardığı uğurlu hərbi əməliyyatlar qarşısında aciz vəziyyətdədirlər.

BAKU.WS xəbər verir ki, ordumuzun bu günə kimi 50 yaşayış məntəqəsi və bir çox strateji yüksəklikləri azad etməsi Ermənistanda şok effekti yaradıb.

Düşmən tərəfi artıq məğlub durumda olduğunu görərək ən çirkin vasitələrə əl atıb. Bunlardan biri də muzdlu döyüşçü və Yaxın Şərqdəki terrorçu qruplaşma üzvlərinin Ermənistan ordusunun tərkibində döyüşlərə qatılmasıdır.

Ermənistanın müharibədə aciz vəziyyətdə olduğunu görən siyasi rəhbərlik yəzidi kürdlərin də xidmətindən yararlanmağa başlayıb. Ötən həftə Yunanıstana məxsus təyyarə ilə İraqın Süleymaniyə vilayətindən Yerevana gələn "humanitar yardım"ın arasında PKK terrorçuları və Suriyadan yəzidi kürdləri də olub.

Onlar Ermənistan ordusunun tərkibində müəyyən maliyyə hesabına Dağlıq Qarabağdakı mövqelərə yerləşdiriliblər. Maraqlıdır ki, suriyalı yəzidi kürdlər Ermənistan ordusunun tərkibində döyüşdüklərini ictimaiyyətdən gizlətmir və bayraqları fonunda birgə şəkil çəkdirərək bunu nümayiş etdirirlər.

Ermənistan ordusunun tərkibində Yaxın Şərqdən gələn PKK terrorçuları və yəzidi kürdlərindən ibarət birləşmələrin döyüşməsi gün kimi aydındır. Terrorçu qrupların birbaşa iştirakına rəğmən Azərbaycan ordusu işğal altındakı Dağlıq Qarabağdakı aparılan hərbi əməliyyatlarını uğurla davam etdirir. Heç bir terrorçu və ya yaraqlı Milli Ordumuzun haqq mübarizəsi qarşısında müqavimət göstərə bilmir və əksinə zərərsizləşdirilirlər.

BAKU.WS