Zeynəb Xanlarovanın adından dələduzluq
29
may
2025
12:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Z.Xanlarova özünün İnstaqram hesabında məlumat yayıb.
"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə dələduzluq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Arif Əfəndiyev vəfat etdi
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib. BAKU.WS xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib. Xatırladaq ki, A....