"Zara" mağazasına 17700 manat zərər vuran şəxslərə hökm oxundu

Zara mağazasına 17700 manat zərər vuran şəxslərə hökm oxundu
Hadisə 3800
Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup şəxs halında özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb."Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəza təyin edilib. Onların heç biri həbs edilməyib.Qeyd edək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall" Ticarət Mərkəzində yerləşən şöbəsinin əməkdaşları olub. Həmin şəxslər mağazada müxtəlif vəzifələrdə çalışıblar.İttiham aktına əsasən, İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarov işlədikləri mağazaya 17700 manat zərər vurmaqda təqsirli bilinirlər. Onlar mağazada olan malların bir hissəsinin kassadankənar əməliyyat apararaq, əldə etdikləri pulları mənimsəyiblər.Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini söyləyiblər. Mağazaya dəymiş 17700 manat zərər müştərək qaydada təqsirləndirilən şəxslər tərəfindən ödənilib.İbtidai istintaq dövründə İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.BAKU.WS

Son xəbərlər