Zaqatalada KÜTLƏVİ ZƏHƏRLƏNMƏYƏ səbəb olan kafe BAĞLANDI
Qida Təhlükəsizliyi Agentliyi Zaqatalada baş verən zəhərlənmə hadisə ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, məlumatda obyektin fəaliyyətinin müvəqqəti məhdudlaşdırıldığı bildirilir.
"İyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin "1003" çağrı mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.
*** 15:09
Zaqatalada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-də saat 09:30-dan başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qalereya
*** 14:10
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə obyektlərində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb. BAKU.WS report...