Zaqatalada 3 nəfər dönərdən zəhərlənib

Zaqatalada 3 nəfər dönərdən zəhərlənib
Hadisə 88

Zaqatalada üç nəfər dönərdən zəhərlənməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub.

"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.

***11:02

Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***09:49

Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zaqatala rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Son xəbərlər