Yuxulayan "Prius” sürücüsü işıq dirəyinə çırpıldı - FOTO

09
sen
2022
08:52
Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. O, sükana nəzarəti itirərək maşını yüksək sürətlə işıq dirəyinə çırpıb.
Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində işıq dirəyi sıradan çıxıb. Avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Yuxuluyan taksi sürücüsü Bakı-Sumqayıt yolunda qəza törətdi - FOTO
Abşeron rayonu ərazisində yol qəzası zamanı bir nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinində, Xırdalan qəbirst...
