Sükan arxasında yuxulayan sürücü avtomobili yol nişanına çırpıb - FOTO
18
iyl
2021
20:41
Sükan arxasında yuxulayan sürücü qəza törədib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində, magistralın Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 50 CT 914 dövlət nömrə nişanlı “VAZ 2102” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayaraq nəqliyyat vasitəsini yol nişanına çırpıb. Qəza nəticəsində avtomobil yarasız hala düşüb, sürücü üz nahiyəsindən xəsarət alıb.
Maşında sürücüdən başqa oğlu da olub. Onun müdaxiləsi sayəsində sürücü ağır qəzadan qaça bilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şəkidə baş verən dəhşətli qəzanın görüntüləri yayıldı (VİDEO +18)
Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş ve...