Bakıda iki avtomobil toqquşub: Yeddi nəfər xəsarət alıb - FOTO
Bakı Dairəvi yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə magistral şosenin Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobili idarə edən Məmmədov Ramin Nofəl oğlu magistral yolda qəfil dayınıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Cahangirli Nüsrət Şükrət oğlu qəfil dayanan avtomobilə çırpılıb.
N.Cahangirli sükana nəzarəti itirərək əvvəlcə “Toyota”ya, daha sonra beton yolayrıcına çırpılıb.
Qəza nəticəsində sürücülər Nüsrət Cahangirli, Ramin Məmmədov, sərnişinlər - 2004-cü il təvəllüdlü Platov Rəşad Bəxtiyar oğlu, 1966-cı il təvəllüdlü Dadaşov Cəmallədin və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Dadaşova Samirə ağır bədən xəsarətləri alıb.
Bundan başqa digər iki sərnişin də xəsarət alıb. Ağır xəsarət alan beş yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...