Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlardan biri - Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
O bildirib ki, aprelin 16-da evdən qaçan yeniyetmələrlə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələ də onlardan xəbər yoxdur.
Bəhram Hüseynov hadisənin baş vermə səbəbini belə izah edib:
"Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı
Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, E...