Yolda uzun tıxac yarandı - Təcili təcili yardım maşını yolda qaldı

Yolda uzun tıxac yarandı - Təcili təcili yardım maşını yolda qaldı
Video
Hadisə 189

Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu istiqamətində yolda uzun tıxac yaranıb.

BAKU.WS xəbər verir ki, tıxac səbəbindən təcili tibbi yardım avtomobili də sıxlıqda qalıb.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər. Təhlillərin nəticəsinə əsasən, həm piyadalar, həm də sürücülərin təhlükəsizliyinin və nəqliyyatın nizamlı hərəkətinin təmin edilməsi məqsədilə müxtəlif səviyyəli yolötücülərinin tikintisi layihəsi tamamlanana qədər həmin ərazidə yol hərəkəti yenidən təşkil edilib, işıqforlar quraşdırılıb. 

Ziya Bünyadov prospektinin köməkçi yolunda "20 Yanvar" metrostansiyası istiqamətində Böyükşor küçəsi ilə kəsişmədən Dərnəgül şosesi ilə kəsişmədəki dairəyədək avtobus zolağı təsir qüvvəsini müvəqqəti itirib. Hazırda kəsişmədə monitorinq aparılır. Monitorinqin nəticəsində lazımi əlavə dəyişiklər də ediləcək.

Son xəbərlər