Yol polisi əməkdaşı uşağın həyatını belə xilas etdi - VİDEO
Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.
BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran ərazisində yol hərəkəti qaydasını pozan Fikrət Tağıyev, yol polisi, baş serjant Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Sürücü, fiziki qüsurlu olan nəvəsinin sudurğa keçirdiyini bildirib.
Uşağın həyatını xilas etmək üçün cərimə yazmayan polis onlara yardım əlini uzadıb. DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına çalışıb.
Xeyirxaq yol polisi Hüseynov Mahiyəddin, tibbi yardım göstərilən uşaq özünə gələnə qədər xəstəxananı tərk etməyib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib. Xeyirxah inspektor DYP rəhbərliyi tərəfindən mükafatlandıracaq.
BAKU.WS
Oxşar xəbərlər
Cərimələnən təcili yardım maşınının sürücüsü danışdı - VİDEO
Ağdaş Mərkəzi Xəstəxanasından Gəncəyə köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib. BAKU.WS Xəzər TV-yə istinadən məlumat v...