Yeznə qaynından belə qisas aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad sakinini avtomobil vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Musa Ərzuman oğlu Əsədov, qaynı - 1986-cı il təvəllüdlü Elçin Səfəralı oğlu Abbasovun idarə etdiyi “QAZ 31” markalı avtomobillə vurulub.
Qohumların bildirdiyinə görə, iki aydır ki, yeznə ilə qayın arasında yaşanan münaqişə M.Əsədovun ağır xəsarətlər almasına səbəb olub.
M.Əsədov Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Onun paytaxt xəstəxanalarından birinə göndəriləcəyi gözlənilir.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə iki avtomobil toqquşub, ölən var
Kürdəmir rayonunda yol qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən...