Yevlaxda avtomobili ilə birgə itkin düşən şəxsin meyiti tapıldı - YENİLƏNİB
Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünəməxsus "VAZ-21014" markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib.
Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib.
Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***09:53
Yevlaxda 29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov yanvarın 4-də avtomobili "VAZ 2107" ilə evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...