Yevlaxda 17 yaşlı qızı qaçırdılar

Yevlaxda 17 yaşlı qızı qaçırdılar
Hadisə 1356
Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb.Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə yaşadığı Yevlax rayon Boşçalı kəndində nənəsinin evindən oğurlayıblar.Onlar S.Quliyevanı avtomobilə məcburi mindirərək rayonun Hürüuşağı kəndinə aparıblar. Daha sonra dəstə üzvləri S.Quliyevanı qohumları Tural Muxtarovun avtomobili ilə Goranboy rayonuna qaçırmaqla 9-dək digər qohumları Elşən Ağalarovun evində saxlayıblar.Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb,BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda məktəb müəlliməsini qaçıraraq zorladılar

Azərbaycanda məktəb müəlliməsini qaçıraraq zorladılar

Məktəb müəlliməsini qaçıraraq qorlamaqda təqsirli bilinən 4 ağsu rayon sakini cəzalarının azaldılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.BAKU.WS “ölkə.az”a i...

10753 Hadisə 16:29 25 sentyabr 2018

Son xəbərlər