Yevlaxda qumbara partlayıb, bir nəfər ölüb
21
iyn
2017
18:18
Əlində qumbara partlayan Yevlax sakini ölüb.
BAKU.WS xəbər verir ki, Yevlax rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Prokurorluq gənc yazarın intiharı ilə bağlı rəsmi məlumat yayıb
Bakı şəhər Prokurorluğu gənc yazar, jurnalist Mövlud Mövludun özünü 17-ci mərtəbədən ataraq intihar etməsi haqqında rəsmi məlumat yayıb. Prokurorluqdan BAKU.W...