Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI

Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Hadisə 34

Gədəbəy rayonunda yeniyetmə oğlan həmyerlisini bıçaqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən Gədəbəy İdman Kompleksinin qarşısında baş verib.

2009-cu il təvəllüdlü Əsəd Hüseynov Yusif Rəhimovla mübahisə edib. Mübahisə zamanı Yusif Rəhimovun qardaşı Ruslan da hadisə yerinə gəlib və onları ayırıb. Həmin vaxt Əsəd Ruslanı və qardaşı Yusifi təhqir edib. Ruslan Rəhimov da buna görə Əsədi döyüb.

Hadisədən qəzəblənən Əsəd Hüseynov mağazaya gedərək oradan mətbəx bıçağı alıb, geri qayıdıb və Ruslan Rəhimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Hüseynov saxlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan Ə.Hüseynov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə Ə.Əsədovun cəzasını şərti hesab edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər