Yeni il gecəsi iki minik avtomobili yanıb

Yeni il gecəsi iki minik avtomobili yanıb
Hadisə 548

Xaçmaz rayonunda gecə saatlarında avtomobillər yanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba yolunun Qaraqurtlu kəndindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində Saleh Sabir oğlu Hacıyevə məxsus "VAZ-2107" markalı, "27-BG-517" dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonu və yaxınlıqdakı sahibi məlum olmayan "VAZ-21011" markalı, "44-BD-895" dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. "VAZ-2107" markalı, "27-BG-517" dövlət qeydiyyat nişanli minik avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yeni Yaşmada BMW yanıb

Yeni Yaşmada BMW yanıb

Xızı rayonunun Yeni Yaşma kəndində BMW yanıb.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “BMW” markalı minik avtomobilinin yol kənar...

808 Hadisə 12:07 31 dekabr 2018

Son xəbərlər