Zaqatalada avtomobil yanıb, yolda tıxac yaranıb - VİDEO

Zaqatalada avtomobil yanıb, yolda tıxac yaranıb - VİDEO
Video
Hadisə 884
Zaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.Mahir İsmayıl oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı 90 UP 119 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrikində yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı magistral yolda qısamüddətli tıxac yaranıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunda piyada vurulub - Tıxac yaranıb

Bakı-Sumqayıt yolunda piyada vurulub - Tıxac yaranıb

Bakı-Sumqayıt yolunda qəza baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən...

1149 Hadisə 20:34 19 noyabr 2018

Son xəbərlər