Yeni doğulan körpəsinin 40-ı çıxmadan dünyadan köçən neftçi dəfn olundu (FOTO)

Yeni doğulan körpəsinin 40-ı çıxmadan dünyadan köçən neftçi dəfn olundu (FOTO)
Hadisə 1351

 

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həyatını itirən neftçilərdən biri bu gün Bülbülə qəbirstanlığında dəfn olunub. 

BAKU.WS-in məlumatına görə, neftçi 1981-ci il təvəllüdlü Fuad Tahir oğlu Tağıyev dəhşətli faciədə itkin düşmüşdü. Dünən dənizdən çıxarılan 6 cəsəddən biri Fuada aid olub. 

Fuad 1981-ci ilin fevral ayının 23-də Bakının Bayıl qəsəbəsində dünyaya göz açıb. Bəxtsiz neftçi 3 uşaq atasıdır. 7 yaşında oğlunu və 2 yaşlı qızını gözü yaşlı qoyan Fuad son mənzilinə yola salınıb. 40-ı hələ təzəcə çıxmış qız övladı isə atasının varlığından xəbərsiz onun gələcəyi günü gözləyir.

Allah rəhmət eləsin!

Şahin Həbibov

Foto:Ayşən Ayxan

BAKU.WS  

Son xəbərlər