Yeni doğulan körpə ölümdən xilas edildi
Ağır vəziyyətdə olan körpənin həyatı xilas edilib.
Bu barədə BAKU.WS-ə Respublika Pediatriya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 33-cü hestasiya həftəsində, 1640 qram çəkidə doğulan körpə doğulduğu andan ağır vəziyyətdə olub. 26 gün Lənkəran Perinatal Mərkəzdə müalicə alsa da, multidisiplinar yanaşmaya ehtiyac olduğu üçün Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların Reanimasiyası şöbəsinə köçürülüb.
Qəbul edilən zaman poliorqan çatışmazlığı səbəbindən xəstənin vəziyyəti hədsiz ağır qiymətləndirilib. Körpə dərhal küvezə yerləşdirilərək süni tənəffüs cihazına bağlanıb.
Aparılan adekvat müalicələrdən sonra körpənin vital funksiyalarında tədricən stabilləşmə izlənib. Və xəstə yaxşılaşmayla evə yazılıb.
Oxşar xəbərlər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop...