Yeddi bıçaq zərbəsi aldı, xəstəxanaya yerləşdirildi

Yeddi bıçaq zərbəsi aldı, xəstəxanaya yerləşdirildi
Hadisə 84

İyulun 6-da gecə saatlarında Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Vüsal Şeydayevin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məlumatla bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə V.Şeydayevə xəsarət yetirməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Nicat Eminov saxlanılıb.

Araşdırmalar zamanı hadisənin tərəflər arasında yaranan mübahisə zəminində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər