Yasamaldakı kütləvi davaya görə heç kəs saxlanılmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Abbas Məcid Şərifzadə küçəsindəki dava ilə əlaqədar saxlanılan yoxdur.
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsindən məlumat verilib. Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib:
"Hələlik saxlanılan yoxdur, döyülmə faktı olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır".
Xatırladaq ki, ötən gecə Bakının A.M.Şərifzadə küçəsində 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə baş verən mübahisə nəticəsində keçmiş məhkum Tural Musayevin üzünün hər iki tərəfinə ülgüclə xəsarət yetirilməsi barədə məlumat yayılmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda nurçulara qarşı əməliyyat keçirilib
Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb. "Report"un xəbərinə görə, hadisə ötən gecə Şərifzadə küçəsi...