Yanıqdan müalicə alan qadın evə buraxıldı, həyatını itirdi

Yanıqdan müalicə alan qadın evə buraxıldı, həyatını itirdi
Hadisə 111

Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın xəstəxanada ölüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1945-ci il təvəllüdlü S.Hüseynova yaşadığı evdə sobanın yanında uzanan zaman qadının paltarı alışıb.

Yaşlı qadın yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Ötən gün qəfildən halı pisləşən qadını yaxınları xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, 77 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər