Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb

Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb
Hadisə 800
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz ola­raq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin BAKU.WS-ə 2017-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub.Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb
Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb
Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb

Oxşar xəbərlər

Son xəbərlər