Xızıda zəlzələdən qorxan dəvə fəhləni öldürdü

Xızıda zəlzələdən qorxan dəvə fəhləni öldürdü
Hadisə 1263
Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.BAKU.WS-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizlar təyin edilib və ilkin izahatlar alınıb.İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən, 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə.Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək və ayaq zərbələri ilə öldürüb.Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb (FOTO)

Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb (FOTO)

Ağsu rayonunda zəlzələdən ümumilikdə 48 evdə çatlar yaranıb.Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyev deyib.Rayonun zəlzə...

950 Sosial 22:34 06 fevral 2019

Son xəbərlər