Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü

Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü
Hadisə 5141
Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb."Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, bir müddət əvvəl də Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb.Martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qəza qeydə alınıb. “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər