Xəyanətə görə özünü asan qadının ərinə ağır cəza
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayon Məhkəməsində özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Rüfət Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında vəkil İkram Abdullayev deyib.
O qeyd edib ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, R.Ağalarov altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Vəkil qeyd edib ki, əslində, qadının özünü asmasına səbəb ərinin başqası ilə münasibət qurması deyil, ailə məsələlərinə yaxınlarının qarışması olub.
Qeyd edək ki, hadisə 4 aprel 2018-ci ildə Xırdalan qəsəbəsində baş verib. R.Ağalarovun həyat yoldaşı Nərmin Ağalarova özünü evin mansartından asaraq intihar edib.
İttihama görə, intihar edən qadın əri tərəfindən mütəmadi işgəncələrə məruz qaldığı üçün özünü asıb. Eyni zamanda, R.Ağalarovun başqa qadınla münasibətdə olduğunu həyat yoldaşı bilib. Buna görə onların arasında tez-tez mübahisə yaranıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda arvadı küsərək evdən gedən kişi özünü asıb
Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.BAKU.WS "report"a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadı...