Xüsusi karantin rejiminin tələblərini pozan 2 nəfər həbs edildi - VİDEO

Xüsusi karantin rejiminin tələblərini pozan 2 nəfər həbs edildi - VİDEO
Video
Hadisə 340

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, yaşı 65-də yuxarı vətəndaşlar rayon ərazisində aşkarlandıqda isə onlara virusa daha tez yoluxma riskinin olduğu izah edilərək evlərinə qədər müşayiət olunurlar.

Bu işdə polislərə Şəmkir rayon İcra Hakimiyyətinin başcısının yanında yaradılmış operativ qərargahın mobil qruplarının üzvləri də kömək edir.Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq xüsusi karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir.

Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 35 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Həmin vətəndaşlardan 33 nəfəri barəsində inzibati qaydada protokol tərtib edilib.

İki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər.

Son xəbərlər