Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb
11
sen
2025
09:16
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda külək ağacı yerindən çıxartdı
Bakıda güclü külək ağacı yerindən çıxarıb. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Nərimanov rayonu, Həsən Əliyev 94 ünvanında...