Xırdalanda baş verən atışmanın səbəbi məlum oldu
31
mar
2017
12:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Xırdalanda baş verən silahlı atışmanın səbəbi məlum olub.
BAKU.WS "Qafqazinfo”nun verdiyi xəbərə görə, insident zamanı 1970-ci il təvəllüdlü Valeh Nəcəfov başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Xəyal Paşayev isə yaralanıb. Öldürülən V.Nəcəfovun üzərindən "Makarov” tapançası tapılıb.
Məlumata görə, adıçəkilən şəxslərdən birinin digərinə borcu olub. İlkin ehtimala görə, mübahisə edən şəxslər bir-birini güllələyiblər.
BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda atışma- Ölən və yaralananlar var (FOTO)
Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib. BAKU.WS xəbər verir ki, bu, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludu...