Xırdalanda 5 nəfərin dəhşətli ölümünün baş verdiyi yerdən son görüntülər (VİDEO)

Xırdalanda 5 nəfərin dəhşətli ölümünün baş verdiyi yerdən son görüntülər  (VİDEO)
Video
Hadisə 10468

ATV Xırdalanda 2-si tələbə olmaqla 5 nəfərin ölümü ilə nəticələn dəhşətli hadisənin baş verdiyi yerdən reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, dünyasını dəyişənlərdən biri əslən Balakəndən olan Turanə Xanlayevadır. Turanə İqtisadiyyat və Humanitar kollecin yaxşı oxuyan tələbələrindən olub.

Qeyd edək ki, Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.

Mələk Abbasova və Turanə  Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər