Cəbhədə ölən və yaralanan mülki şəxslərin SİYAHISI
Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub.
BAKU.WS "qafqazinfo”ya istinadən xəbərinə görə, atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-i azyaşlı olmaqla 18 nəfər yaralanıb.
Qeyd edək ki, bunlar bu günə kimi açıqlanan məlumatlardır.
Dinc əhalidən ölən və yaralananların siyahısını təqdim edirik:
Vəfat edənlər:
1. 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı
2. 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu
3. 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu
4. 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu
Yaralılar:
1. 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu
2. 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu
3. 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu
4. 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu
5. 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı
6. 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı
7. 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı
8. Rəhimov Cəlal Saday oğlu
9. 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu
10. 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlu
11. 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu
12. 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu
13. 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlu
14. 2003-cü il təvəllüdlü Sənan Vəlizadə
15. 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu
16. 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu
17. Əhmədov İsa Əli oğlu
18. Rəhimov Elvin
Bununla yanaşı, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yerli sakinlərdən bir neçəsinin evi və kənd məktəbləri dağılıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdamda məscidi atəşə tutub - bir nəfər həlak olub
Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub. BAKU.WS bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov mə...