Bakıda avtomobil atəşə tutuldu

Bakıda avtomobil atəşə tutuldu
Hadisə 1497

Bakıda silahlı insident olub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi "Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E.Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E.Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S.Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S.Şahəliyevin E.Eyvazova borcu olub. E.Eyvazov borcunu tələb etdiyi üçün S.Şahəliyev onu güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda silahlı dəstə zərərsizləşdirildi

Bakıda silahlı dəstə zərərsizləşdirildi

Bakıda vətəndaşlarda silah və narkotik aşkar edilib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu qəsəbə sakinləri olan bir qrup vətənda...

2469 Hadisə 14:30 27 aprel 2016

Son xəbərlər