Xırdalandakı Heydər Parkında ağaclar quruyur
16
iyl
2026
12:09
Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur. Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Oxşar xəbərlər
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. BAKU.WS report-a istinadən xəbər verir ki, rayon ərazisində "Kia Rio" markalı avtomobillə h...