Xırdalanda yarımtikilidə YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalanda yanğın hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə "Kənd Xırdalan" adlanan ərazidə qeydə alınıb.
Məsələ ilə bağlı FHN-dən BAKU.WS-ə bildirilib ki, FHN-in 112 "qaynar xətti"nə Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşfiq küçəsində yanğın olması barədə məlumat daxil olub.
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevikliyi sayəsində yarımtikilidə qeydə alınan yanğın genişlənməsinə imkan verilmədən qısa müddət ərzində söndürülüb.
Hadisə yerindən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Şəhidin ata-anası qəzada yaralandı
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb....