Xırdalanda "protiv" gedən sürücü ağaca çırpıldı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində yüksək sürət qəzaya səbəb olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Heydər Əliyev prospektində “Toyota” markalı avtomobilinin sürücüsü paytaxt istiqamətində əks istiqamətli yola çıxıb.
Sürücü qarşıdan gələn nəqliyyat vasitəsini gördüyündən sükana nəzarəti itirərək avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra piyada səkisinə çırpıb. İdaretmədən çıxan avtomobil yol kənarındakı ağaclara dəyərək dayanıb. Sürücü yaralı halda hadisə yerini tərk edib. Əraziyə Abşeron Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Yol təsərrüfatına dəyən zərər hesablanıb. Sürücünün axtarışı davam edir.
Qalereya
Oxşar xəbərlər
Yuxulayan "Prius” sürücüsü işıq dirəyinə çırpıldı - FOTO
Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. Belə ki, taksi...