Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.
Oxşar xəbərlər
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökm...