Xəzərə düşən MiQ-29-u axtaranlara mükafat verildi - FOTO
26
avq
2019
23:00
Avqustun 26-da Fövqəladə Hallar Nazirliyində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib.FHN-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mərasimdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak edib.Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları bu ilin 24 iyulunda qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin pilotunun nəşi və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev MiQ-29 hərbi təyyarəsinin pilotunun həlak olmasının təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb.Bildirib ki, FHN-nin əməkdasları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək öz vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçularının MN tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib.Sonra FHN XRXX-nin 11 nəfər əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
General-leytenant Etibar Mirzəyev yanğın baş verən ərazidə - FOTO
Nərimanov rayonu, “Baksol” yolunda yerləşən “Taxta Bazarı”nda yanğın davam edir.BAKU.WS xəbər verir ki, hadisə yerinə Nərimanov rayon İcra Hakimiyyətinin başçıs...