Müdafiə nazirinin müavini şəxsi heyətin döyüş hazırlığını yoxlayıb
26
okt
2018
21:25
Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən bölmələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətini yoxlayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, döyüş növbətçiliyi aparan bölmələrdə olan nazir müavini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçular qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə çatdırıb.Şəxsi heyətlə görüşən general-leytenant K.Vəliyev hərbi qulluqçuların qayğıları və sosial-məişət şəraiti ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb.BAKU.WS
Oxşar xəbərlər
Prezidentin tapşırığına əsasən Zakir Həsənov ön cəbhəyə yollandı – VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polko...