Xəzərdə zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.
Bu barədə BAKU.WS-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda nəql edilib.
Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.
Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb. Mərkəzə görə, zəlzələnin episentri Sumqayıtdan 107 km şimalda olub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...