Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu
Hadisə 3

Bu gün Xəzər dənizində zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.1 olub.

Yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.

Ocağı 68 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər