Xəzərdə batan neftçinin meyiti tapıldı

19
noy
2019
17:08
Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat daxil olub.
Bildirilir ki, İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Sumqayıtda bir nəfər dənizdə batdı
Sumqayıtda bir nəfər dənizdə batıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə...
